REGİONLAR


Bərdədə heyvandarlıq məhsullarının istehsalı artıb

Bərdədə heyvandarlıq məhsullarının istehsalı artıb

Bərdə, 7 fevral, AZƏRTAC

Bərdə rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Rayonda heyvandarlıq məhsullarının istehsalı ilbəil artır.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2023-cü il yanvarın 1-i vəziyyətinə rayonda 101 min 20 baş iribuynuzlu mal-qara, 128 min 329 baş qoyun və keçi mövcud olub. İribuynuzlu mal-qaranın 43,6 faizini inək və camışlar təşkil edir.

2022-ci ildə rayon üzrə diri çəkidə 23 min 825 ton ət, 93 min 292 ton süd, 34 milyon 500 min ədəd yumurta, 313 ton yun, 18 ton 988,2 kiloqram barama istehsal edilib. 2021-ci illə müqayisədə ət istehsalı 0,1 faiz, süd istehsalı 7,8 faiz, yumurta istehsalı 0,4 faiz artıb.

Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artması ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla davam etdirilir. 2022-ci ildə 6303 baş inək, camış və düyə elit törədicilərin toxumları ilə süni mayalandırılıb. Heyvanların süni mayalandırılmasından 4251 baş cinsi yaxşılaşdırılmış buzov alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.