Bərdədə indiyədək 2593 nəfər koronavirusa qarşı peyvənd olunub
AzerTAg.az
Bərdə, 23 fevral, AZƏRTAC
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən Bərdə rayonunda əhalinin peyvənd olunması prosesi davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fevralın 5-dən növbəliliyin təmin edilməsi məqsədilə elektron müraciətlər üçün xidmət növü (randevu.its.gov.az) fəaliyyətə başlayıb. Bu istiqamətdə əhalinin maarifləndirilməsi məqsədilə rayon ərazisində təbliğat işləri aparılıb, idarə, müəssisə və təşkilatlara əhalinin vaksinasiya tədbirlərində fəal iştirak etməsi ilə əlaqədar metodiki xarakterli təlimatlar verilib. İndiyədək 2593 nəfər, o cümlədən 1079 nəfər 65 yaşdan yuxarı,1123 nəfər 50-65 yaşarası, 391 nəfər 50 yaşadək sakin peyvənd edilib.




Xəbərin mətnində orfoqrafik səhv var