Bərdədə izdihamlı bayram şənliyi
AzerTAg.az
Bərdə, 30 dekabr, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bərdə şəhərinin mərkəzi meydanında keçirilən ümumrayon tədbirində 5 mindən çox bərdəli iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram tədbirində çıxış edənlər qarşıdan gələn əlamətdar günlər münasibətilə bərdəliləri təbrik edib, yeni ildə onlara xoşbəxtlik, firavanlıq, bol ruzi arzulayıblar. Bildirilib ki, əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu milli birlik və azərbaycançılıq ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə uşaqlara bayram hədiyyələri verilib. Yeni ilin personajları olan Şaxta baba ilə Qar qızın, “Qarabağ” xalq çalğı alətləri ansamblının, bədii özfəaliyyət dərnəklərinin, uşaq musiqi məktəbləri kollektivlərinin rəngarəng çıxışları alqışlarla qarşılanıb.


Xəbərin mətnində orfoqrafik səhv var