REGİONLAR


Bərdədə karantin rejiminin tələblərini pozan şəxslər saxlanılıb

Bərdə, 5 iyul, AZƏRTAC

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayon ərazisindəki restoranların birində 15 nəfərə yaxın şəxs toplaşaraq qonaqlıq təşkil edib, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozublar. Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 6 nəfər saxlanılıb. Onlardan 5 nəfərinə protokollar tərtib olunaraq cərimə edilib, restoran sahibi olan 1 nəfər isə məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunub.

Bundan əlavə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı şəhər ərazisində fəaliyyət göstərən ticarət və iaşə obyektlərində işləyən 4 nəfər şəxsin tibbi maskadan və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi aşkar edilmiş və onların hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə olunublar.

Bu istiqamətdə tədbirlər elan olunmuş karantin rejimi dövründə mütəmadi olaraq davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.