REGİONLAR


Bərdədə keçirilən imtahanlarda yeddi rayondan 1827 abituriyent iştirak edib

Bərdə, 26 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə iyulun 26-da Bərdə şəhərində keçirilən qəbul imtahanları uğurla başa çatıb.

DİM-in Bərdə regional bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, imtahanlarda Bərdə, Ağdam, Ağcabədi, Tərtər, Xocavənd, Beyləqan və Laçından 1827 abituriyent iştirak edib. Bərdə şəhər 5, 6, 8 və Ağdam 12 nömrəli (Bərdədə) tam orta məktəblərdə təşkil olunan imtahanlar 13 imtahan rəhbəri və 146 nəzarətçi-müəllim tərəfindən idarə olunub. Saat 11:00-da başlayan imtahanlar təlimata uyğun olaraq 3 saat davam edib və vaxtında başa çatıb.

Qeyd edək ki, imtahan materiallarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.