REGİONLAR


Bərdədə kənd təsərrüfatı məhsullarının istehsalı 22,4 faiz artıb

Bərdə, 11 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyun aylarında Bərdə rayonunda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 191 milyon 992,4 min manat təşkil edib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Bərdə Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, ümumi məhsul istehsalının 102 milyon 152,7 min manatı və ya 53,2 faizi bitkiçilik məhsullarının, 89 milyon 839,7 min manatı və ya 46,8 faizi heyvandarlıq məhsullarının payına düşür. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 22,4 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.