REGİONLAR


Bərdədə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir

Bərdə, 19 noyabr, AZƏRTAC

Bərdə rayonunda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə profilaktik tədbirlər davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyətində yaradılmış Operativ Qərargahın növbəti iclasında aidiyyəti qurumların nümayəndələrinə idarə, müəssisə, təşkilatlarda, xidmət obyektlərində, sərnişin nəqliyyatında ən çox təmasda olunan yerlərin, ictimai iaşə obyektlərində, bankomatlar və “Milli ÖN” ödəmə vasitələrinin yerləşdiyi yerlərdə hər bir istifadədən sonra təmasda olan hissələrin antibakterial vasitələrlə dezinfeksiya edilməsi, sosial məsafənin gözlənilməsi, tibbi maskadan və digər dezinfeksiya edici materiallardan istifadə qaydalarına ciddi əməl olunması, rayon ərazisində monitorinqlərin daha ciddi davam etdirilməsi tapşırılıb. İclasda xəstələrin izolyasiyası məsələlərinin daim diqqətdə saxlanılmasına diqqət çəkilib, evdə müalicə olunan xəstələrin evlərini tərk etməmələri, onların digər şəxslərlə əlaqələrinin kəsilməsi üçün lazımi tədbirlərin davam etdirilməsi qarşıya vəzifə kimi qoyulub.

Bu istiqamətdə təbliğat və təşviqat işlərinin gücləndirilməsi barədə aidiyyəti şəxslərə tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.