CƏMİYYƏT
Bərdədə maskadan istifadə etməyənlər cərimələnib
Bakı, 3 iyul, AZƏRTAC
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması istiqamətində görülən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları sakinlərin daha sıx toplaşdıqları, hərəkətin intensiv olduğu ərazilərdə maarifləndirici söhbətlər aparıb, sanitar rejimin tələblərini izah edib, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruriliyini vətəndaşların diqqətinə çatdırıblar.
Bununla yanaşı, xəbərdarlıqlara riayət etməyən və karantin rejiminin tələblərini pozmaqda davam edən vətəndaşlar barəsində qanunamüvafiq tədbirlər görülüb. Kafe, restoran və çayxanalarda keçirilmiş reydlər nəticəsində 16 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimələr tətbiq edilib.