REGİONLAR


Bərdədə mobil qruplar tərəfindən reydlər mütəmadi olaraq davam etdirilir

Bərdə, 11 iyul, AZƏRTAC

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Bərdə rayonunda 14-ü şəhərdə, 35-i kəndlərdə olmaqla 49 mobil qrup yaradılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin gənc könüllüləri Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış mobil qruplarla birgə insanların daha sıx istifadə etdiyi ərazilərdə, ticarət obyektlərində reydlər keçirir. Reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılır, onlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələri tövsiyə olunur, koronavirus pandemiyasından qorunmaq üçün məlumat vərəqləri və flayerlər paylanılır. Rayonun küçə və meydanlarında, xidmət obyektlərində, çoxmənzilli yaşayış binalarında ümumi və fərdi posterlər yapışdırılır. Ötən gün ərzində 84 ticarət obyektində reydlər aparılıb, 14 xidmət obyektinə və 30 vətəndaşa xəbərdarlıq edilib, 11 nəfər vətəndaş barəsində inzibati protokol tərtib edilib, 1 nəfər vətəndaş barəsində 8 sutka həbs qərarı verilib.

Bərdə Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq, koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı rayonun prospekt və küçələrində, idarə və müəssisələrində dezinfeksiya işləri də mütəmadi olaraq həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.