REGİONLAR


Bərdədə müsabiqə və yarışların qalibləri mükafatlandırılıb

Bərdə, 24 aprel, AZƏRTAC

Bərdə Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2021-ci ilin birinci rübü ərzində gənclər sahəsi üzrə onlayn keçirilən müxtəlif oyun, müsabiqə və yarışların qalibləri mükafatlandırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Nə? Harada? Nə zaman?” intellektual oyununun, “Xocalı həqiqətləri” mövzusunda inşa yazı müsabiqəsinin, idman sahəsi üzrə isə 100 metr məsafəyə qaçış və onlayn şahmat turnirlərinin qaliblərinə pandemiya dövrünün tələblərini gözləməklə, Gənclər və İdman İdarəsinin müxtəlif dərəcəli diplomları və xatirə hədiyyələri təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.