MƏDƏNİYYƏT


Bərdədə musiqi və incəsənət məktəblərinin fəaliyyəti müzakirə olunub

Bakı, 8 iyun, AZƏRTAC

Bərdə Regional Mədəniyyət İdarəsində uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyətinə həsr edilən müşavirə keçirilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müşavirədə uşaq musiqi və incəsənət məktəblərinin nailiyyətləri və eyni zamanda, aşkar edilmiş nöqsanlar müzakirə olunub.

İdarənin rəisi İlyas Hacıyev müvafiq məktəblərin fəaliyyətinin təşkili istiqamətində qarşıda duran vəzifələr, onların fəaliyyətinin günün tələblərinə uyğun qurulması, mədəni-kütləvi tədbirlərin keçirilməsi və bununla bağlı kütləvi informasiya vasitələri ilə əlaqələr yaradılması barədə çıxış edib.

Müşavirədə, həmçinin uşaq musiqi və incəsənət məktəblərində hazırda keçirilən imtahan proseslərinin təşkili və şagirdlərin musiqi biliyinin obyektiv qiymətləndirilməsi məsələlərindən danışılıb, onların istedadlarının üzə çıxarılması istiqamətində respublika və beynəlxalq əhəmiyyətli müsabiqə və festivallarda iştirakının təmin edilməsi vurğulanıb.

Sonra mövcud problemlər və təkliflər dinlənilib, qarşıya qoyulan məsələlərin həlli istiqamətində tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.