REGİONLAR


Bərdədə müxtəlif cinayətlər törətmiş şəxslər saxlanılaraq istintaqa təhvil verilib

Bərdə, 23 fevral, AZƏRTAC

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif cinayətlər törətmiş şəxslər saxlanılaraq istintaqa təhvil verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, fevral ayında rayon ərazisindəki müxtəlif təyinatlı mağazalardan oğurluq edilməsi barədə Bərdə Rayon Polis Şöbəsinə məlumatlar daxil olub. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Natiq Novruzov saxlanılıb. Araşdırmalarla onun mağazalardan müxtəlif markalı siqaretlər, içki məhsulları, danışıq kartları, lotoreyalar, noutbuk və nağd pul oğurlamaqla, 4500 manatdan artıq ziyan vurduğu müəyyən edilib.

Keçirilmiş digər tədbirlərlə rayonun Güloğlular kəndi ərazisindəki anbarların birindən dəyəri 1400 manatdan artıq olan 3 ton arpa oğurlayan şəxs də saxlanılıb. Araşdırmalarla onun Qaradağlı kənd sakini Bəxtiyar Məmmədov olduğu müəyyən edilib. B.Məmmədov maddi sübutla birlikdə istintaqa təhvil verilib.

Bərdə Rayon Polis Şöbəsinin cinayətkarlığa qarşı davam etdirdiyi mübarizə tədbirləri nəticəsində Alaçadırlı kəndində həmkəndlisini döyərək, 600 manat dəyərində mobil telefonu quldurluq yolu ilə talayan şəxslər də müəyyən edilib. Belə ki, həmin cinayət əməlini Ataş Ağayev və əvvəllər məhkum edilmiş Əliş Mirzəzadənin törətdiyi məlum olub.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş daha bir tədbirlə qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən rayon sakini İlham Qaraxanov da saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onun üzərinə baxış keçirilən zaman 225 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.