CƏMİYYƏT


Bərdədə narkomaniya əleyhinə mübarizə tədbirləri davam etdirilir

Bakı, 26 noyabr, AZƏRTAC

Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 8 saylı tam orta məktəbində “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Muradəli Babayev narkomaniyanın törətdiyi fəsadlar, cəmiyyətə vurduğu zərər, insan talelərinə faciəvi təsirləri haqqında dinləyicilərə geniş məlumat verib. Narkotiklərlə mübarizə sahəsində ölkədə aparılan işlər barədə söhbət açılıb, daxili işlər orqanları əməkdaşlarının bu istiqamətdə gördükləri məqsədyönlü tədbirlər, onların nəticələri barədə danışılıb.

Sonra çıxış edənlər narkotiklərin hər bir cəmiyyətin gələcəyi üçün çox böyük təhlükə doğurduğunu qeyd ediblər. Bu fəlakətli nəticələrin aradan qaldırılması üçün bütün cəmiyyətin birgə səylərinin uzlaşdırılmasının tələb olunduğunu diqqətə çatdırıblar.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.