CƏMİYYƏT
Bərdədə oğurluq edən şəxs saxlanılıb
Bakı, 22 iyul, AZƏRTAC
Bərdə rayonunda bir qrup şəxs rayon polis şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus evlərindən və avtomobildən oğurluq edilməsi barədə məlumat veriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, oğurluq əməllərini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Namiq Quliyev daxil olmuş məlumatlar əsasında Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Araşdırmalarla onun iki velosiped, məişət əşyaları, su mühərriki, akkumulyator oğurlamaqla vətəndaşlara maddi ziyan vurduğu müəyyənləşdirilib.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.