REGİONLAR


Bərdədə pençak-silat və sindo-ryu üzrə açıq rayon birinciliyi başa çatıb

Bərdə, 17 iyul, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin yaranmasının 24-cü ildönümü münasibətilə Bərdə Olimpiya İdman Kompleksində keçirilən pençak-silat və sindo-ryu üzrə uşaq, yeniyetmə və gənclər arasında açıq rayon birinciliyi başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən yarışda Ağdam, Bərdə, Şəki və Tərtər rayonlarından olan müxtəlif çəki dərəcələri üzrə 62 idmançı iştirak edib. Bərdə rayon gənclər və idman idarəsinin rəisi vəzifəsini icra edən Aydın Qasımov çıxış edərək ölkəmizdə gənclərə və idmanın inkişafına göstərilən dövlət qayğısından, həyata keçirilən gənclər siyasətindən, Azərbaycan idmançılarının qazandıqları nailiyyətlərdən danışıb.

Birincilik yarışın baş hakimi, pençak-silat və sindo-ryu Federasiyasının Qarabağ regionu üzrə baş təlimatçısı, birinci dan qara kəmər sahibi Rauf Məmmədovun rəhbərliyi ilə 5 nəfərdən ibarət hakimlər heyəti tərəfindən idarə edilib. Gərgin mübarizə şəraitində keçən yarışın qalibləri müvafiq dərəcəli diplom və medallarla təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.