REGİONLAR


Bərdədə şahmat turnirinin qalibləri müəyyənləşib

Bərdə, 9 may, AZƏRTAC

Bərdədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş ümumtəhsil məktəblərinin komandaları arasında şahmat turnirinin qalibləri müəyyənləşib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şahmat turniri ulu öndər Heydər Əliyevin ötən əsrin 80-ci illərində açılışında iştirak etdiyi Bərdə Şahmat Məktəbində keçirilib. Əvvəlcə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya və təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov çıxış edərək, ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan, onun gənclərə, təhsilin və idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıblar.

Çıxışlardan sonra yarış başlayıb. Daha yüksək nəticə göstərən Əyricə kənd tam orta məktəbin komandası birinci, Bərdə şəhər 2 nömrəli tam orta məktəbin komandası ikinci, Zərifə Əliyeva adına məktəb-liseyin komandası üçüncü yerə layiq görülüb. Qaliblər YAP Bərdə rayon təşkilatı tərəfindən qiymətli hədiyyələrlə və diplomla təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.