CƏMİYYƏT
Bərdədə şəhid Asif Abışovun ailəsi üçün fərdi ev tikilib
Bakı, 1 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial tərəfdaşın dəstəyi ilə Vətən müharibəsinin şəhidi Asif Əlövsət oğlu Abışovun ailəsi üçün fərdi ev inşa olunaraq təqdim edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bərdə rayonunun Lək kəndində yaşayan ailənin mənzil şəraiti nəzərə alınaraq, sosial tərəfdaş vasitəsilə ailə üçün ev tikintisi qərara alınmışdı. Tikinti işləri zamanı ailə üzvlərinin istək və təklifləri nəzərə alınmaqla, ev müasir tələblərə uyğun şəkildə tikilərək, tam təmirli halda ailənin istifadəsinə verilib.
Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya, fərdi ev ilə təmin edildiklərinə görə minnətdarlıqlarını ifadə ediblər.
Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda savaşlarda şərəfli döyüş yolu keçən Asif Abışov Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı 2020-ci il noyabrın 6-da şəhidlik zirvəsinə yüksəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]