REGİONLAR


Bərdədə şəhid ailələri ilə görüşlər keçirilir

Bərdə, 28 sentyabr, AZƏRTAC

Bərdə rayonunun Vətən müharibəsi şəhidləri Turqut Zeynalovun, Əli Məhərrəmovun və Nofəl Əlizadənin şəhadətindən bir il ötür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin nümayəndələri şəhid ailələrini ziyarət ediblər.

Görüşlərdə 2020-ci ilin ölkəmiz üçün Qələbə ili kimi tarixə düşməsindən, işğal altında olan torpaqlarımızın Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad olunmasından, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsindən danışılıb, qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqların dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyi bildirilib.

Şəhid valideynləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.