REGİONLAR


Bərdədə soğan yığımına başlanılıb

Bərdə, 4 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Bərdə rayonunda soğan istehsalı ilə məşğul olan fermerlər məhsul yığımına başlayıblar. Bərdəli soğan istehsalçıları müasir becərmə texnologiyalarından, daha məhsuldar toxumlardan istifadə etməklə yüksək məhsuldarlığa nail olublar.

Dörd hektar sahədə soğan becərən Qazıqurdalı kənd sakini Elman Qasımov bildirib ki, bir neçə gündür payızda əkilən soğanın yığımına başlanılıb. Məhsuldar toxumun səpilməsi, aqrotexniki qaydalara düzgün əməl edilməsi və damcı suvarma üsulundan istifadə nəticəsində sahələrdə bol məhsul yetişib. Fermerin dediyinə görə, yeni üsulla becərmə zamanı hər hektardan orta hesabla 60-70 ton soğan götürmək olur.

Payızda əkilən soğanın yığımı may-iyun aylarında həyata keçirilir. Yazda əkilən soğan isə avqust ayında yığılacaq.

Ötən il Bərdə rayonunda 867 hektar sahədə soğan becərilib və 13 min ton məhsul əldə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.