REGİONLAR


Bərdədə tərəvəz istehsalı artıb

Bərdə, 4 fevral, AZƏRTAC

Ötən il Bərdə rayonunda digər kənd təsərrüfatı məhsulları kimi tərəvəz istehsalında da artıma nail olunub.

Bərdə Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, kəndli fermerlər və torpaq mülkiyyətçiləri ötən il 2549 hektarda tərəvəz bitkiləri becəriblər. Bu, əvvəlki ilin müvafiq dövründəkindən 270 hektar çoxdur. Sahələrdən 87 min 124,4 ton məhsul götürülüb. Tərəvəz bitkilərinin orta məhsuldarlığı hər hektardan 341,8 sentner təşkil edib. 2017-ci illə müqayisədə yığılan məhsul 45 min 224,7 ton, məhsuldarlıq isə 158 sentner çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.