REGİONLAR


Bərdəli fermer: Bu il satış qiymətlərinin yaxşı olması soğan əkininə marağı artırıb VİDEO

Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Kəndbəkənd”

Bərdə, 15 avqust, AZƏRTAC

Bərdə rayonunda soğan istehsalı ilə məşğul olan fermerlər məhsul yığımını davam etdirirlər.

AZƏRTAC xəbər verir ki, 2019-cu ilin məhsulu üçün 752 hektarda soğan becərən bərdəli fermerlər hər hektardan orta hesabla 350-400 sentner məhsul götürürlər. Ötən il istehsal etdikləri soğanın satışında çətinlik çəkən fermerlər builki satışdan və soğanın qiymətindən razıdırlar.

Bərdə rayonunun Qazıqurdalı kənd sakini, fermer Elman Qasımov da müasir becərmə texnologiyasından, damcı suvarma sistemindən istifadə etməklə yetişdirdiyi məhsulun satışından razılığını ifadə edib: "Soğanı maya dəyərindən 10 qəpik baha satmaq fermeri qane edir. Keçən il becərdiyimiz məhsul pula getmədi. Bu il isə Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə məhsulumuz satıldı. Daxili və xarici bazara çıxarıldı".

Soğan bitkisinin becərilməsinin çox zəhmət tələb etdiyini bildirən fermer deyib: "Soğan çox əziyyətlə başa gələn məhsuldur. Yığım gedə-gedə gələcək məhsulun bünövrəsi qoyulur. Yığım başa çatan sahələr şumlanır, mineral və üzvi gübrələr verilir. Sentyabr ayında növbəti səpin aparılana qədər sahələrdə ikinci şum və mala işləri görülür. Bu il satış qiymətlərinin yaxşı olması soğan əkininə marağı artırıb".

Qeyd edək ki, payızda əkilən soğan aprel, may, iyun aylarında, yazda əkilən soğan isə avqust ayında yığılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.