REGİONLAR


Bərdəli fermerlər məhsul yığımını davam etdirirlər

Bərdə, 14 avqust, AZƏRTAC

Bərdə rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında məhsul yığımı davam edir.

Bərdə Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2022-ci ilin məhsulu üçün əvvəlki illərdə əkilmiş çoxillik otların əkin sahələri də daxil edilməklə, payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 55 min 018 hektar olub. Bu dövrdə 7862 hektarda buğda, 3561 hektarda arpa, 419 hektarda dən üçün qarğıdalı, 11 min 038,1 hektarda pambıq, 2485 hektarda tərəvəz, 48,5 hektarda şəkər çuğunduru, 96,4 hektarda kartof, 149 hektarda dən üçün günəbaxan, 1495 hektarda ərzaq üçün bostan bitkiləri, 27 min 864 hektarda çoxillik otlar əkilib.

İndiyədək sahələrdən 35 min 850 ton buğda, 14 min 780 ton arpa, 3390 ton qarğıdalı, 1222,5 ton kartof, 78 min 134,5 ton tərəvəz, 32 min 940 ton bostan məhsulları, 4637 ton meyvə və giləmeyvə yığılıb. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 45,6 sentner, arpa üzrə 41,5 sentner, qarğıdalı üzrə 80,9 sentnerdir.

Hazırda rayonda məhsul yığımı ilə yanaşı bəzi kənd təsərrüfatı bitkilərinin becərilməsi, təkrar əkin və payızlıq əkinlər üçün şum işləri də davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.