REGİONLAR


Bərdəli gənclər pandemiyaya qarşı mübarizə tədbirlərinə dəstək olurlar

Bərdə, 22 may, AZƏRTAC

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) başlatdığı “Bir-birimizi qoruyaq” kampaniyasına Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyinin "Gənc könüllüləri" və ASAN könüllüləri də qoşulub.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəhbəri Şəmsiyyə Abbaszadə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, kampaniya karantin rejiminin yumşaldılması ilə əlaqədar vətəndaşların kütləvi toplaşdığı yerlərdə sosial məsafənin qorunması və digər davranış qaydaları barədə ictimai maarifləndirmənin aparılması, cəmiyyətimizin sağlamlığının qorunması məqsədi daşıyır. Kampaniya çərçivəsində gənclər vətəndaşlar arasında maarifləndirmə işləri aparıb və əllərini dezinfeksiya etdikdən sonra onlara əlcək və maska paylayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.