REGİONLAR


Bərdəli gənclər rayonun sosial-iqtisadi, ictimai-mədəni həyatında fəal iştirak edirlər

Bərdə, 1 fevral, AZƏRTAC

Bərdə rayonunda əhalinin 43 min nəfərini 14-29 yaşlı gənclər təşkil edir. Bərdəli gənclər rayonun sosial-iqtisadi, ictimai-mədəni həyatında fəal iştirak edir, Vətənimizin çiçəklənməsi və qüdrətlənməsi naminə var qüvvə ilə çalışırlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Bərdə şəhərində 2 fevral - Gənclər Günü münasibətilə keçirilən tədbirdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçək dəstələri qoyublar.

Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən gənclərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bərdə Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Fəxrəddin Əzizov gəncləri təbrik edib, onlara Azərbaycan dövlətçiliyinin inkişafı və qorunması üçün Vətənə layiqli vətəndaş olmağı arzulayıb.

Tədbirdə Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Aydın Qasımovun idarənin fəaliyyəti barədə məruzəsi dinlənilib. A.Qasımov gənc nəslin sağlam vətənpərvər ruhda böyüməsinin hər bir dövlət üçün ən başlıca məsələ olduğunu diqqətə çatdıraraq, rayonda gənclərlə aparılan işdən, 2018-ci ildə gənclər və idman sahəsində əldə edilən nailiyyətlərdən danışıb.

Digər çıxışlarda da ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, əsaslı ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət-gənclər siyasətindən, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən bəhs edilib.

Tədbirdə Azərbaycan Gəncləri Günü münasibətilə məktəblilər arasında keçirilən “Nə? Harada? Nə vaxt?” intellektual oyununun, şahmat üzrə Bərdə şəhər birinciliyinin qaliblərinə və bir qrup fəal gəncə müvafiq dərəcəli diplomlar, fəxri fərmanlar və xatirə hədiyyələri təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.