REGİONLAR


Bərdəli kümçülər nəzərdə tutulandan 2,4 ton çox barama tədarük ediblər

Bərdə, 13 iyun, AZƏRTAC

Bərdə rayonunun kümçüləri bu günədək 23,2 ton barama tədarük edərək, “Azəripək” MMC-nin nümayəndələrinə təhvil veriblər.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu göstərici cari ilə nəzərdə tutulan plandan 2,4 ton, 2017-ci ilin barama tədarükündən isə 10,6 ton çoxdur.

Qeyd edək ki, bu il Bərdə rayonunda 219 ailə tərəfindən 520 qutu ipəkqurdu toxumu bəslənilib. Hazırda rayonda barama tədarükü davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.