REGİONLAR


Bərdəli məzunlardan 65 nəfəri 500-dən, 17 nəfəri isə 600-dən çox bal toplayıb

Bərdə, 9 sentyabr, AZƏRTAC

Ali məktəblərə keçirilən qəbul imtahanlarında Bərdə rayonunun ümumtəhsil məktəblərinin məzunlarından 65 nəfəri 500-dən, 17 nəfəri isə 600-dən çox bal toplayıb.

Rayon təhsil şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayonun orta ümumtəhsil məktəblərini bitirən 1247 məzundan 857 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib və onlardan 603 nəfəri tələbə olmaq hüququ qazanıb. Yüksək nəticə əldə edən təhsil ocaqları arasında Bərdə şəhər 2 nömrəli tam orta məktəbi xüsusi fərqlənib. Belə ki, bu təhsil ocağının məzunlarından İlyas İlyaslı 685 bal, Vüsal Camalov isə 661 bal toplayaraq, rayon üzrə ən yüksək nəticə göstəriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.