REGİONLAR


Bərdənin Məşədi İbişli kəndinə təbii qaz verilib

Bərdə, 7 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Bərdə rayonunun təbii qazla təmin edilən yaşayış məntəqələrinin sırasına Məşədi İbişli kəndi də əlavə olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kəndin qazlaşdırılması məqsədilə ümumi uzunluğu 6 min metrə yaxın müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, 60 evdə sayğac, eləcə də fərdi tənzimləyici quraşdırılıb.

Kənddə qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.