REGİONLAR
Bərdənin daha bir kəndinə qaz xətti çəkilib
Bərdə, 23 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Tezliklə Bərdə rayonunun Məşədi İbişli kəndində əhali təbii qazdan istifadə edə biləcək. Artıq yaşayış məntəqəsində qaz xətlərinin çəkilişi başa çatdırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kəndin qazlaşdırılması məqsədilə ümumi uzunluğu 6 min metrə yaxın müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, 60 evdə sayğac, eləcə də fərdi tənzimləyici quraşdırılıb. Kənddə qaz şəbəkəsinin qurulmasında “birpilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Qeyd edək ki, indiyədək Bərdə şəhəri və rayonun 110 kəndindən 108-i “mavi yanacaq”la təmin olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]
Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub
- 28.03.2024 [08:00]
27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb
- 27.03.2024 [20:01]