REGİONLAR


Bərdənin iqtisadiyyatına özəl sektor tərəfindən 11 milyon manatdan çox investisiya qoyulub

Bərdə, 11 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC 

Bərdə rayonunda sahibkarlıq uğurla inkişaf etdirilir. Rayonda sahibkarlara verilən güzəştli kreditlərin məbləği, eləcə də kənd təsərrüfatı, qida və sənaye məhsullarının istehsalına, ticarət və xidmət sahələrinə yönəldilən investisiyanın həcmi ildən-ilə artır.

Bərdə Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2017-ci ildə rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 14 faiz artaraq 16,3 min nəfərə çatıb. İl ərzində özəl sektor tərəfindən rayonun iqtisadiyyatına 11 milyon manatdan çox investisiya qoyulub, çoxsaylı sahibkarlıq obyektləri, o cümlədən 3 heyvandarlıq kompleksi, 2 iri ticarət xidməti, turizm və digər xidmət obyektləri tikilib istifadəyə verilib, 302 daimi iş yeri yaradılıb.

Ötən il İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil olduğu kredit təşkilatları tərəfindən müxtəlif layihələr üzrə 204 sahibkara 2066,3 min manat güzəştli kredit verilib. Bu layihələrin həyata keçirilməsi nəticəsində 246 yeni iş yerinin açılması nəzərdə tutulur.

Qeyd edək ki, Bərdə rayonunda sahibkarlar tərəfindən son illərdə müasir texnologiyaların tətbiqinə əsaslanan 5 min tonluq logistik mərkəz, 10 min tonluq 2 taxıl anbarı, illik istehsal gücü 20,5 min ton süd və 1,2 min ton ət olan 4700 başlıq 4 heyvandarlıq kompleksi, illik istehsal gücü 5 min ton olan süd emalı müəssisəsi, bağçılıq təsərrüfatları, gündəlik istehsal gücü 38,6 ton olan çörək istehsalı müəssisəsi, gündəlik istehsal gücü 1,1 ton olan şirniyyat istehsalı müəssisəsi, illik istehsal gücü 5,4 min ton olan ət emalı müəssisəsi, illik istehsal gücü 46 min ton olan qüvvəli yem istehsalı müəssisəsi yaradılıb. Bu müəssisələr əhalinin ərzaq məhsulları ilə təminatında əhəmiyyətli rol oynayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.