SİYASƏT


Bərdənin qisası alındı: Azərbaycan Ordusu düşmənin xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv edib VİDEO

Bakı, 28 oktyabr, AZƏRTAC 

Rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunun Qarayusifli kəndində törətdiyi qanlı terror cinayəti nəticəsində həlak olan şəhidlərimizin qisasını alıb.

AZƏRTAC ordumuzun bölmələrinin dəqiq zərbələri nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsinin və hərbi texnikasının məhv edildiyinə dair videogörüntüləri təqdim edir.

Bərdə şəhidlərinin qisasını düşməndən layiqincə alan Ordumuz ötən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsini, eləcə də 1 ədəd “Osa” ZRK, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-30, 5 ədəd D-20 və 1 ədəd D-44 topu, 2 ədəd 2A36 “Qiasint-B” topu, 1 ədəd 120 millimetrlik minaatan, 1 ədəd “Konkurs” tank əleyhinə raket kompleksi və 6 ədəd avtomobil texnikasını məhv edərək sıradan çıxarıb.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 27-də saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndini müxtəlif istiqamətlərdən ağır artilleriya atəşinə tutması nəticəsində dörd mülki şəxs - İsmayılov Ehtiram Xəlil oğlu, Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olublar.

Şanlı Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında duruş gətirə bilməyərək geri çəkilən Ermənistan ordusu işğalçı ölkənin hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə yaşayış məntəqələrimizi və dinc əhalini hədəfə alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.