REGİONLAR


Bərdənin sərbəst güləşçiləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr edilmiş turnirdə qüvvələrini sınayıblar

Bərdə, 8 may, AZƏRTAC

Bərdə rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş sərbəst güləş üzrə rayon birinciliyinə yekun vurulub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 2008-2010-cu və 2011-2013-cü illər təvəllüdlü idmançılar qüvvəsini sınayıblar. Olimpiya İdman Kompleksində təşkil olunan birincilikdə 18 çəki dərəcəsində 54 idmançı mübarizə aparıb.

Yarışın qaliblərinə diplom və medallar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.