REGİONLAR


Bərdənin yaşayış məntəqələrinin qazlaşdırılması başa çatmaq üzrədir

Bərdə, 20 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Bərdə rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması başa çatmaq üzrədir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, indiyədək Bərdə şəhəri və rayonun 110 kəndindən 108-i “mavi yanacaq”la təmin olunub. Təkcə bu ilin ötən dövründə 85,6 kilometr müxtəlif diametrli qaz xətləri çəkilərək Lənbəran, Hacıbəyli və Kafarlı kəndləri qazlaşdırılıb. Hazırda Hacıəhmədli və Məşədiibişli kəndlərinin, Bərdə-Ağdam avtomobil yolunun kənarında “Meyvə bağı” adlanan ərazidəki yaşayış məhəlləsinin qazlaşdırılması üçün tədbirlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.