MƏDƏNİYYƏT


Berlin Ədəbiyyat Festivalı yenidən ədəbiyyatsevərləri qəbul edir

Berlin, 12 sentyabr, AZƏRTAC

Almaniyanın paytaxtında Berlin Filarmoniyasının Kamera Musiqi Salonunda 20-ci Berlin Beynəlxalq Ədəbiyyat Festivalı keçirilir.

AZƏRTAC xəbər verir ki, on gün davam edəcək tədbir Almaniyanın UNESCO üzrə Komissiyasının himayəsi altında keçirilir. Burada dünyanın 50 ölkəsindən ən yaxşı müasir ədəbiyyat əsərləri təqdim olunur. COVID-19 pandemiyası ilə əlaqədar bir sıra sessiyalar onlayn və videokonfrans formatında keçirilir.

Açılış mərasimində ədəbiyyat üzrə Nobel mükafatı laureatları Mario Vargas Llos (2010), Olga Navoya Tokarçuk (2018), dünyanın bir sıra nüfuzlu və məşhur yazıçıları, şairləri və sair iştirak ediblər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.