DÜNYA


Berlin Hanoyun hərəkətlərindən narazıdır

Berlin, 13 yanvar, AZƏRTAC

Bu həftə Vyetnam Kommunist Partiyasının sabiq funksioneri, Berlində oğurlanmış Çin Suan Txanın işi üzrə məhkəmə prosesinin başlanması ilə əlaqədar, Almaniya hökuməti Hanoy hakimiyyət orqanlarını kəskin tənqid edib.

AZƏRTAC xəbər verir ki, AFR XİN nümayəndəsi deyib: “Berlin bu oğurlanma hadisəsini lap əvvəldən beynəlxalq hüququn tamamilə yolverilməz pozuntusu və etimadın sarsıdılması kimi pisləyib”.

Onun sözlərinə görə, Almaniya xarici siyasət idarəsi məhkəmə prosesinin yüksək hüquqi tələblərə müvafiq olmasında israrlıdır və yaranmış etimad böhranının aradan qaldırılması üçün Hanoydan müvafiq siqnallar gözləyir. Çin Suan Txanın vəkili Petra Şlagenhauf isə məhkəmə prosesinin hüquqi dövlətin tələblərinə uyğun olacağına inanmır. Vəkil EPD agentliyinə müsahibəsində söyləyib ki, Vyetnamın hakimiyyət orqanları oktyabrın ortalarına qədər vəkilləri Çin Suan Txanın yanına buraxmırdılar. Rəsmi Hanoy məhkəmə araşdırması başlanana qədər Şlagenhaufun özünün də bu ölkəyə gəlməsindən imtina edib.

Vyetnam Kommunist Partiyasının sabiq funksioneri, 51 yaşlı Çin Suan Txan Almaniyada sığınacaq istəyib. 2017-ci ilin iyul ayında o, Berlində oğurlanıb və zor tətbiq edilməklə vətəninə göndərilib. Çin Suan Txan özünün rəhbərlik etdiyi PetroVietnam neft-qaz konserninə ziyan vurmaqda, həmçinin 500 min avro məbləğində rüşvət almaqda ittiham edilir. Çin Suan Txan ilə bərabər daha 20 nəfər yüksəkvəzifəli partiya xadimi müttəhimlər kürsüsündə əyləşəcəklər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.