DÜNYA


Berlin Kerç faciəsi ilə bağlı başsağlığı verib

Berlin, 18 oktyabr, AZƏRTAC

Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert “Twitter” sosial şəbəkəsində Kerç faciəsi ilə bağlı ölkənin federal kansleri Angela Merkelin adından başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, Zaybert faciə ilə bağlı yazıb: “Krımda kollecə dəhşətli hücum barədə məlumat aldıq. Kansler Merkel çoxlu sayda gənclərin həlak olmasından kədərlənib. Həlak olanların ailələrinə və bütün zərərçəkənlərə dərin hüznlə başsağlığı veririk”.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.