DÜNYA
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
Berlin, 18 yanvar, AZƏRTAC
Berlində “dpa” agentliyinin “Politik-Talk” diskussiya forumunda çıxış edən AFR XİN-in başçısı Hayko Mas bəyan edib ki, Rusiya 1200 kilometrlik “Şimal axını-2” sualtı qaz kəmərinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir və Vaşinqtonun sanksiyaları artıq buna mane ola bilməz.
AZƏRTAC xəbər verir ki, o, bu bəyanatı Ukrayna tranzitinin qorunub saxlanılması barədə Avropa İttifaqı ilə Moskva arasında davam edən danışıqlar fonunda verib. Nazirin fikrincə, Vaşinqton sanksiyaları yeridəcəyi təqdirdə bu danışıqlar mənasını itirə, Moskva isə müstəqil şəkildə boru kəmərinin tikintisini başa çatdıra bilər. Hazırda qaz kəmərinin üçdəbiri artıq çəkilib.
Bu günlərdə ABŞ-ın Almaniyadakı səfiri layihədə iştirak edən alman şirkətlərinə ehtimal olunan sanksiyalar barədə xəbərdarlıq məktubu göndərib ki, bu da alman siyasi dairələrində narazılığa səbəb olub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin