DÜNYA
Berlin “Normand dördlüyü” görüşünün yekunlarını müsbət qiymətləndirir
Berlin, 20 oktyabr, AZƏRTAC
Almaniya Federativ Respublikası (AFR) hökumətinin Rusiya ilə əməkdaşlıq üzrə səlahiyyətli nümayəndəsi Gernot Erler Berlində Ukraynanın şərqində vəziyyətə dair “Normand formatı”nda sammitin yekunlarını müsbət qiymətləndirib. G.Erler oktyabrın 20-də ARD ictimai-siyasi telekanalının “Morgenmagazin” proqramında bildirib ki, bu görüşün nəticələri gözlənildiyindən daha konkret və geniş olub. Siyasətçi hesab edir ki, tərəflərin Minsk razılaşmalarının həyata keçirilməsi üzrə “yol xəritəsi”ni razılaşdıra bilmələri çox əhəmiyyətlidir, çünki əvvəllər məhz bu məsələ çətinlik törədib.
Münaqişə zonasında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) silahlı polis missiyasının fəaliyyəti haqqında saziş AFR hökumətinin xüsusi nümayəndəsi üçün gözlənilməz olub. G.Erler hesab edir ki, təmas xəttinin dörd məntəqəsində düşmən tərəflərin silahlı qüvvələrinin ayrılması haqqında razılaşma isə faktiki atəşkəs əldə olunmasına ümid verir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [15:09]
İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib
- 23.04.2024 [15:04]
Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub
- 23.04.2024 [14:25]
Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib
- 23.04.2024 [14:23]
Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yol seçər və yeni dövr başlayar
- 23.04.2024 [13:05]
Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq
- 23.04.2024 [12:20]