İDMAN


Berlin TV mayın 8-də Azərbaycanla bağlı növbəti süjetini yayımlayacaq VİDEO

Berlin TV mayın 8-də Azərbaycanla bağlı növbəti süjetini yayımlayacaq   VİDEO

Bakı, 1 may, AZƏRTAC

Aileen Vaurikinin müəllifi olduğu silsilə reportajın budəfəki buraxılışında Bakıda keçiriləcək mötəbər idman tədbirinə - birinci Avropa Oyunlarına görülən hazırlıq işlərinə xüsusi yer ayrılacaq. Reportajda, habelə Qafqazın müasir mərkəzi adlandırılan “Azərbaycan” rubrikası da yer alacaq, Bakı yəhudilərinin həyatından bəhs olunacaq.

Diqqətə çatdıraq ki, “Baki-2015” Avropa Oyunlarından bəhs edən silsilə reportajın 4-cü buraxılışı mayın 8-də Bakı vaxtı ilə saat 23:15-də Berlin TV kanalı ilə yayımlanacaq. Bundan əvvəl təqdim olunmuş ilk üç reportajda Bakıda qədimliyin və müasirliyin vəhdətindən, İçərişəhərdən, eləcə də son illər paytaxtımızda tikilmiş müasir obyektlərdən söhbət açilib. Süjetlərdə Bakının tolerant şəhər olduğu, buradakı bir sıra qədim abidələrin UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına salındığı qeyd edilib.

Azərbaycan haqqında silsılə reportajların hazırlanması Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə yanaşı, Almaniyanın “Godd Media” təşkilatınin dəstəyi ilə həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.