Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Berlin alternativ enerji mənbələrinə marağını azaltmır

Berlin alternativ enerji mənbələrinə marağını azaltmır

Berlin, 18 may, AZƏRTAC

Yaxın Şərqin energetik imkanları Almaniyada daim diqqət mərkəzindədir. Bu dəfə Körfəz dövlətləri, Yaxın Şərq və Məqrib ölkələrinin ənənəvi neft ehtiyatlarından deyil, bərpaolunan enerji mənbələrindən söhbət gedir.

Bu yaxınlarda AZƏRTAC-ın rəsmi saytında “yaşıl energetika” və onun bəşəriyyət üçün perspektivləri barədə maraqlı məqalələr silsiləsi dərc edilib. Agentliyin xüsusi müxbirləri müəyyən dövlətlərin və bütöv regionların bu sahədə təcrübəsi barədə biliklərini oxucularla bölüşüblər. Aşkardır ki, bu mövzuya maraq nəinki zəifləməyəcək, əksinə, daha da güclənəcək.

Bərpaolunan enerji mənbələri bütün dünyanın, o cümlədən Yaxın Şərqin gələcəyidir. İnsan yaşayan hər bir məkanda enerji qıtlığının aradan qaldırılması bu gün bütün bəşəriyyətin birinci dərəcəli vəzifəsidir. Söhbət “heç nədən” – küləkdən, günəşdən, çaylardakı su axınlarından, bir sözlə, Yer üzündə həyatın yaranmasından xeyli əvvəl mövcud olan mənbələrdən pul qazanmaqdan gedir. Bu artıq enerjini başqa regionlara ixrac etmək mümkün olacaq. Məsələn, günəş şüaları ilə “zəngin olan” Yaxın Şərqdə yaranan elektrik enerjisi profisitini Avropa İttifaqı ölkələrinə ixrac etmək üçün imkan yaranacaq.

O qədər də mürəkkəb olmayan hesablamalar bu fikri təsdiq edir. Bu gün ərazisinin sahəsi 2 x 3 kilometr olan bir elektrik stansiyası 75 min ev təsərrüfatını elektrik enerjisi ilə təmin etməyə imkan verir. Şimali Afrikadakı səhraların, məsələn nəhəng Böyük Səhranın sahəsi nəzərə alınsa, bu, Avropanın bərpaolunan enerji mənbələrinə keçməsi məsələsinin real həlli yolu ola bilər.

Avropanın enerji ilə təchiz edilməsi üçün Afrika səhralarında nəhəng elektrik stansiyaları yaradılması ideyası 12 il bundan əvvəl böyük həvəslə qəbul edilmişdi. Lakin, ötən illər ərzində bu layihənin həyata keçirilməsi üçün real addımlar atılmayıb. Bunun bütün səbəbi qlobal maliyyə-iqtisadi böhran, “ərəb baharı”, həmçinin investorların Avropa İttifaqı hüdüdlarından kənarda tikintiyə sərmayə qoymaq istəyinin olmaması ilə bağlıdır.

Bu gün vəziyyət dəyişir. İndi Ukraynada baş verən hadisələr, habelə Sibirin və Avrasiyanın şərq hissəsinin neft və qazından asılılığı azaltmaq arzusu yaşıl energetika barədə daha çox düşünməyə məcbur edir. Ona görə də son həftələrdə avropalı siyasətçilər və sərmayədarlar, necə deyərlər, “ən günəşli” ölkələrə tez-tez səfər etməyə başlayıblar.

Belə ölkələrdən biri Səudiyyə Ərəbistanıdır. Bu gün bütün Yaxın Şərqdə günəş energetikası sahəsində lider olan Krallıq səhrada günəş batareyalarının geniş tətbiqini özünün inkişaf strategiyasının bir hissəsi hesab edir. Səudiyyəlilər bərpaolunan mənbələrdən enerji istehsalı üzrə bütün ərəb ölkələri arasında birinci yeri tutur.

Xatırlatmaq yerinə düşər ki, cari ilin əvvəlində Azərbaycanda həqiqətən əlamətdar hadisə baş verib: 240 meqavat gücündə “Xızı-Abşeron” külək-elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib. Bu stansiya Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən inşa ediləcək. O vaxt AZƏRTAC-ın xəbər verdiyi kimi, həmin mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səud iştirak edib və çıxış ediblər. Qeyd etmək lazımdır ki, müvafiq saziş ölkəmizdə tamamilə xarici investisiya hesabına reallaşacaq ilk belə layihə oldu. Layihə Sitalçayda və Abşeron rayonunun Pirəküşkül kəndində reallaşacaq. Həmin elektrik stansiyası ildə təqribən 1 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək, nəticədə 220 milyon kubmetr qaza qənaət ediləcək, 400 min tondan çox karbon qazının atmosferə tullanmasının qarşısı alınacaq. Bu, həm də yeni iş yerləri, istehsal və xidmət sahələri üçün perspektiv imkanlar deməkdir.

Elə həmin gün Bakıda Azərbaycan Respublikası Energetika Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında dəniz külək energetikası sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumda dəniz külək energetikası sahəsində əməkdaşlığın əsas prinsiplərinin müəyyən edilməsi, Azərbaycanda bərpaolunan enerji layihələrinə sərfəli investisiyalar üçün şərait yaradılması və müvafiq potensialın qiymətləndirilməsi nəzərdə tutulub. Memorandum çərçivəsində həyata keçirilən fəaliyyətə rəhbərlik və nəzarət üçün Rəhbər Komitə və İşçi Qrup yaradılması qərara alınıb.

“Euronews” kanalı bu yaxınlarda Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səuda istinadla xəbər verib ki, 1 kilovat-saat elektrik enerjisinin maya dəyəri təqribən 1,04 sentə bərabərdir. Nazir əminliklə bildirir ki, Ərəbistan səhrası günəş energetikasının inkişafı baxımından ən səmərəli yerdir. Ölkə gələcəkdə ucuz enerjinin köməyi ilə Avropaya ixrac olunmaq üçün hidrogen istehsalını inkişaf etdirməyi planlaşdırır. Digər ərəb monarxiyaları, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri və Qətər dövləti də bərpaolunan enerji mənbələrini inkişaf etdirirlər. Səhralar kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmaq üçün praktiki olaraq yararsızdır, lakin külək və günəş batareyaları quraşdırılması üçün əla yerdir. İndi bircə məsələ qalır – enerjinin toplanması və daşınması. Axı istehsal edilmiş enerjinin yolda neçə faiz itiriləcəyini öyrənmək lazımdır.

2008-ci ildə qəbul edilmiş proqramın həyata keçirilməsinin təxirə salınmasına baxmayaraq, alman sərmayədarların öz ölkəsini və bütün Avropanı səhradan alınan enerji ilə təmin etmək planları gündəlikdə qalır.

 

 
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu Devid Kemerona: Öz qərarlarımızı özümüz verəcəyik

Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Blinken Çinə dörd günlük səfər edəcək

Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər

BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir

Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz

Ali Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi ilə görüş olub

ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək

Gürcüstanın Baş naziri: Arqumentsiz bəyanatlar hakim partiyanın qərarına yenidən baxılmasına əsas ola bilməz

Yüksək Liqa: “Azərreyl” finala yüksəlib

Rusiyadan idxal edilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb

Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək

Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əsasən həyata keçirilir

“BDU məzunları” layihəsi çərçivəsində Aqil Abbasla görüş

Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı Sərəncamdan irəli gələn tədbirlərə dair iclas keçirilib

Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir

Türkiyənin müxtəlif ölkələrlə qurduğu ilk diplomatik münasibətlərini əks etdirən kitab nəşr olunub

Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirilib

Şimali Makedoniya ictimaiyyəti Cənubi Qafqazdakı reallıqlar barədə məlumatlandırılıb

Rusiyalı deputat: Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir

Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planları müzakirə edilib

® ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verilib

Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir

Milli Məclisdə Xəzər dənizinin Azərbaycana aid bölməsində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi olub

Elektron Təhlükəsizlik Xidməti məktəbliləri kibertəhlükəsizliyə dair məlumatlandırıb

Mer: Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir

Laçın hava limanı “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz ediləcək

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 36 nömrəli tam orta məktəbdə tədbir

Tatarıstanla iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

Avropa çempionu olan Azərbaycan bilyardçısı Vətənə qayıdıb

“Qızıl Şah” çempionatında peşə məktəblərini təmsil edəcək komanda üzvlərinin seçim mərhələsi başa çatıb

Müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinə dair tədbir keçirilib

“Güclü cəmiyyətin zərif simaları” adlı layihə çərçivəsində görüşlərə başlanılır

Kişi voleybolçular arasında Azərbaycan çempionatının ilk finalçısı bəlli olub

Bakıda Rusiya kinosu günləri keçiriləcək

Türkiyədən Qəzzaya daha bir “yaxşılıq gəmisi” yola düşüb

Mingəçevir Dövlət Universitetində Beynəlxalq elmi konfrans keçirilir

Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür - ŞƏRH

IRENA Assambleyasının 14-cü sessiyası panel iclasları ilə davam edir

UNEC-in rektoru buraxılış imtahanında 300 bal toplayan abituriyentlə görüşüb

Hematoloq: Qandurulaşdırıcılardan nəzarətsiz istifadə qanaxmalara səbəb ola bilər

Fransa Mayotda uğursuz əməliyyatdan sonra yenisini başlayır

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək

Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

BMT: 1994-cü ildən bəri dünyada ana ölümləri 34 faiz azalıb

Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

“Cümhuriyyət məfkurəsi” kitabı çapdan çıxıb

Banqladeşdə yol-nəqliyyat qəzasında 11 nəfər ölüb

Mikroplastik orqanizmdə fizioloji dəyişikliklərin yaranmasına səbəb olur

Avropa İttifaqı ilə Orta Dəhlizin inkişafına dair görüş keçirilib

Fransa Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun fəaliyyətlərinə dözümsüzlük göstərir - RƏY

® “Rabitəbank” 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Aİ ölkələrinin hərbi büdcələri son iki ildə 20 faiz artıb

Osman Mert: Türk dünyasında ümumı orfoqrafiya anlayışı formalaşmalıdır

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub

Şuşa şəhərinin “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlanacaq - SƏRƏNCAM

Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Abituriyentlər ixtisas seçərkən diqqətli olmalı, keçənilki ballara etibar etməməlidirlər – RƏY

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanılıb VİDEO

Azərbaycan Avropa çempionatında 18 boksçu ilə təmsil olunacaq

Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib VİDEO

Nigeriya COP29-da aktiv iştirak etmək üçün hazırlıqlara başlayır

UNICEF: Sudanda məktəbyaşlı uşaqların 90 faizi təhsil ala bilmir

Bəstəkarlar İttifaqında Xalq artisti Süleyman Ələsgərovun 100 illiyi qeyd olunub

BMT-nin İnkişaf Proqramının nümayəndəsi Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı görülən işlər barədə məlumatlandırılıb

Peskov: Rusiya və Türkiyə prezidentləri arasında təmaslarda fasilə yoxdur

Beyləqanın Xocavənd qəsəbəsində 900 ağac əkilib

Fransa polisi Olimpiya Oyunları ərəfəsində insanları Parisdən təxliyə etməyə başlayıb

BMU ilə Varşava Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Ukraynada ağır cinayətlər törədən erməni əsilli hərbçi 12 il həbs cəzasına məhkum edilib

Ermənistanın sərhəd təxribatları İrəvanın sülhdən uzaq olduğunu göstərir - RƏY

Nizami rayonundakı şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

AMEA-da özbək ədəbiyyatı tarixinə dair monoqrafiya hazırlanır

AzMİU tələbəsi ABŞ-ın Kolumbiya Universitetində təhsil alacaq

Ankarada yeni “Azərbaycan dilinin orfoqrafiya lüğətinin” təqdimatı keçirilib

Hemofiliya xəstəliyi zamanı Aptz dəyərinin yüksək olması müşahidə edilir

Yeni kaledoniyalı parlamentarilər Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil-qərargahında olublar VİDEO

Çin “İpək yolu mükafatları” media müsabiqəsinin 2-ci mərhələsini elan edib

Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır

Hemofiliya xəstəliyinin yaranma səbəbləri və dərəcələri hansılardır?

Bu il Qaxda 455 hektar sahədə tütün əkini proqnozlaşdırılır

YAP ilə Kuba Kommunist Partiyası arasında əlaqələrin perspektivləri müzakirə olunub

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Paşinyan Tavuş bölgəsinin sakinlərini qismən razı sala bilib

“Şəkəri azalt, ömrünü uzat” kampaniyası çərçivəsində iri ticarət mərkəzlərində və supermarketlərdə stendlər qurulub

Qazaxda Aqrar Biznes Festivalı keçirilib

Qərbi Afrikada hər il təxminən 40 yeni epidemiya qeydə alınır

Azərbaycan Rəqəmsal İnnovasiyalar Sammiti və Kiberdiplomatiya üzrə Beynəlxalq konfransda təmsil olunur