DÜNYA
Berlin və Vaşinqton münasibətlərində qeyri-müəyyənlik
Berlin, 22 iyul, AZƏRTAC
AFR Prezidenti Frank-Valter Ştaynmayer bəyan edib ki, onu müasir transatlantik münasibətlərin bəzi cəhətləri “təəssüfləndirir”. “Almaniya-ABŞ münasibətləri tarixində indiki qədər qeyri-müəyyənlik heç vaxt olmayıb”, - deyə Ştaynmayer ZDF telekanalına müsahibəsində gileylənib. Müsahibədən fraqmentlər bazar günü dərc edilib.
Eyni zamanda, Almaniya Prezidenti qeyd edib ki, ABŞ təkcə indiki prezident administrasiyasından ibarət deyil. “Amerikanın heç də hamısı transatlantik münasibətlərin əhəmiyyətini yaddan çıxarmayıb və buna görə də güman edirəm ki, ABŞ siyasəti daxilində də indi gördüyümüzə dəyişikliklər olacaq”, - deyə Frank-Valter Ştaynmayer davam edib.
O, həmçinin AFR üçün Vaşinqtonla münasibətlərin əhəmiyyətini vurğulayıb. “Amerikalılar olmadan Almaniya demokratiyası olmazdı. “Marşal planı” olmadan iqtisadi inkişaf mümkün deyildi”, - deyə AFR Prezidenti xatırladıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [23:11]
Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir
- 19.04.2024 [22:26]
İstanbulda torpaq sürüşməsi baş verib
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]