DÜNYA


Berlin və müttəfiqləri Suriyada münaqişəni siyasi yolla həll etməyə çağırıblar

Berlin, 16 mart, AZƏRTAC

Suriyada sülhə hərbi yolla nail olmaq mümkün deyil. Bu ölkədəki münaqişə yalnız siyasi yolla və danışıqlar nəticəsində nizamlana bilər.

AZƏRTAC xəbər verir ki, rəsmi Berlin, Vaşinqton, Paris və London Cenevrədə bu məzmunlu birgə çağırışla çıxış edərək, BMT-nin himayəsi altında sülh prosesini və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsini dəstəklədiklərini bildiriblər.

Bəyanatda qeyd edilir ki, suriyalı qaçqınların öz evlərinə könüllü və təhlükəsiz qayıtmaq hüququ birmənalı şəkildə tanınmalıdır. Sənəddə xatırladılır ki, doğma evlərini tərk etməyə məcbur olmuş 11 milyon Suriya vətəndaşı hələ də təhlükəsiz qayıdış üçün şərait yaradılmasını gözləyir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.