MƏDƏNİYYƏT


“Berlinale Talents” beynəlxalq kino proqramında ölkəmiz də təmsil olunacaq

Bakı, 24 yanvar, AZƏRTAC

Fevralın 7-dən 17-dək Almaniyada “Berlinale” kimi tanınan və dünyanın ən nüfuzlu festivallarından olan 69-cu Berlin Film Festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, 1951-ci ildən etibarən hər il keçirilən, dünya kinematoqrafiyasının ən gözlənilən tədbirlərindən biri olan “Berlinale” festivalında, ümumilikdə 400-dən çox ekran əsəri nümayiş olunacaq.

Festival çərçivəsində fevralın 9-dan 14-dək reallaşacaq “Berlinale Talents” beynəlxalq kino proqramında ölkəmiz də təmsil olunacaq. Həmyerlimiz Samirə Əsgərova bu proqramda iştirak üçün müxtəlif ölkələrdən olan ərizəçilər arasından seçilib.

Samirə Əsgərova Azərbaycanın aparıcı yayım distribusiya şirkəti olan “Cinema Distribution”da yerli və xarici filmlərin kinoteatrlarda nümayişinin təşkili ilə məşğul olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.