DÜNYA


“Berlinale”nin qalibi məlum olub

Berlin, 17 fevral, AZƏRTAC

69-cu Berlin Film Festivalının qalibi məlum olub.

AZƏRTAC xəbər verir ki, bu, rejissor Nadav Lapidin “Sinonimlər” adlı İsrail-Fransa avtobioqrafik tragikomediyasıdır. Ekran əsərində israilli birinin Fransaya inteqrasiya olunmasındakı mürəkkəbliklərdən, eyniliyin axtarışında və özünün keçmişi ilə bağlı qarşılaşdığı münasibətlərdən bəhs edilir.

“Gümüş ayı” adlı “Münsiflərin böyük mükafatı” nominasiyasında ikinci yerə fransız rejissoru Fransua Ozon layiq görülüb. Onun “Tanrının mərhəməti ilə” dramında uşaq yaşlarında katolik kilsəsinin keşişi tərəfindən alçaldıcı hərəkətlərə məruz qalan kişilərin təşkilatından danışılır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.