SİYASƏT


Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək

Bakı, 12 noyabr, AZƏRTAC

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya, Hüquqi məsələlər və insan hüquqları komitələrinin iclaslarında iştirak etmək üçün noyabrın 13-də Almaniyanın paytaxtı Berlin şəhərinə səfərə gedəcək.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, toplantıda quruma üzv ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və digər aktual məsələlər müzakirə olunacaq.

Deputatımız qatıldığı tədbirlərdə müzakirə olunacaq məsələlər barədə öz fikirlərini bildirəcək.

Səfər noyabrın 16-da başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.