SİYASƏT


Berlində ATƏT PA-nın illik sessiyası işə başlayır

Berlin, 7 iyul, AZƏRTAC

Berlində, Almaniya Bundestaqının iqamətgahında – Reyxstaqda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 27-ci illik sessiyası işə başlayır. Sessiyada Şimali Amerika, Avropa və Asiyadan təqribən 300 deputat iştirak edir.

Azərbaycan Respublikasını Milli Məclis sədrinin müavini, Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Sessiya üçün “ATƏT çərçivəsində öhdəliklərin yerinə yetirilməsi: parlamentlərin rolu” mövzusu seçilib.

İllik sessiya ATƏT PA-nın ən iri tədbiridir. Gözlənildiyinə görə, sessiyanın sonunda Berlin Bəyannaməsi qəbul ediləcək. Bu, milli hökumətlərə, parlamentlərə və beynəlxalq birliyə siyasət, təhlükəsizlik, iqtisadiyyat, ətraf mühit və insan haqları sahəsində tövsiyələrdən ibarət siyasi sənəddir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.