SİYASƏT
Berlində Avropa Azərbaycanlıları Konqresinin IV qurultayı başa çatmışdır
Bakı, 29 aprel (AZƏRTAC). Aprelin 29-da Berlində Avropa Azərbaycanlıları Konqresinin (AKK) IV qurultayı öz işini başa çatdırmışdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, qurultayda təşkilatı məsələlərə baxılmışdır.
Almaniya Azərbaycanlıları Koordinasiya Mərkəzinin rəhbəri Samirə Patzer İsmayılova Avropa Azərbaycanlıları Konqresinin prezidenti seçilmişdir.
Avropa Azərbaycanlıları Konqresinin İcraiyyə Komitəsi və Nəzarət-Təftiş Komissiyasının tərkibi seçildikdən sonra AAK-ın birinci vitse-prezidentləri və vitse-prezidentləri seçilmişlər. Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bulal Dündar AAK-ın birinci vitse-prezidentləri, Belarus-Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, İsveçin Azərbaycan Federasiyasının sədri Səttar Sevgin, Estoniya parlamentinin deputatı, “Bakı” klubunun həmsədri Eldar Əfəndiyev, Ümumrusiya Azərbaycanlıları Konqresi Moskva şəhər təşkilatının sədri İlqar Hacıyev vitse-prezidentləri seçilmişlər.
Avropa Azərbaycanlıları Konqresinin IV qurultayının qətnaməsi, qurultay nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti və digər sənədlər qəbul edilmişdir.