SİYASƏT


Berlində “Azərbaycan tələbələri şəbəkəsinin” təqdimatı olmuşdur

Berlin, 29 oktyabr (AZƏRTAC). Oktyabrın 28-də Berlində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar keçirilən “Təhsil: perspektivlər və müvəffəqiyyətlər” konfransı çərçivəsində “Azərbaycan tələbələri şəbəkəsi” (Azerbaijan Student Network – ASN) adlı yeni Azərbaycan tələbə gənclər təşkilatının təqdimatı olmuşdur.

Tədbir Berlindəki “Hilton” mehmanxanasında keçirilmişdir. Tədbirə Almaniyada və Avropanın digər ölkələrində təhsil alan azərbaycanlı tələbələr toplaşmışdılar. Azərbaycanın dövlət strukturlarının və ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları, Azərbaycan Respublikasının AFR-dəki səfirliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nümayəndəliyinin əməkdaşları dəvət edilmiş qonaqlar arasında olmuşlar.

Təqdimatda təşkilatın rəhbəri Nazim Əliyev çıxış etmişdir. O, yaradılmış gənclər şəbəkəsinin məqsədlərindən danışmışdır. N.Əliyev demişdir: “Bizim vəzifəmiz Avropadakı tələbələrimizin həyatını asanlaşdırmaqdan və onu daha maraqlı, zəngin və məhsuldar etməkdən ibarətdir”.

Tələbə təşkilatının internet-səhifəsinin ünvanı: www.azerbaijan-student.net. 

 

Vüqar Seyidov 

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.