CƏMİYYƏT
Berlində Azərbaycandakı multikulturalizmlə bağlı daha bir tədbir keçirilib
Berlin, 24 yanvar, AZƏRTAC
Yanvarın 23-də Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasında növbəti elmi kollokvium keçirilib.
AZƏRTAC xəbər verir ki, universitetin doktorantı Asif Məsimov çar Rusiyası zamanı Cənubi Qafqaza, o cümlədən Azərbaycana sürgün edilmiş duxoborlar, onların buradakı həyatı haqqında məruzə ilə çıxış edib.
Azərbaycan tarixi kafedrasının rəhbəri professor Eva-Maria Aux kafedranın apardığı araşdırmalar haqqında məlumat verib və gənc akademiklərin Almaniya universitetlərində qafqazşünaslıq istiqamətində yetişdirilməsinin vacibliyini qeyd edib.
Tədbirdə Humboldt Universitetinin professor-tələbə heyəti və qonaq dinləyicilər iştirak ediblər. Sonda mövzu ətrafında müzakirələr aparılıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin