ELM VƏ TƏHSİL
Berlində Azərbaycanın elm və təhsil şəbəkələrinin biznes modelləri təqdim olunub
Bakı, 30 yanvar, AZƏRTAC
Almaniyanın paytaxtı Berlində “Şərq Tərəfdaşlığı” ölkələrini əhatə edən “EaPConnect” layihəsi çərçivəsində “Elm-kompüter şəbəkələrinin biznes modeli” mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu və “AzSciecneNet” şəbəkəsi haqqında məruzə dinlənilib və geniş müzakirələr aparılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransda bir sıra ölkələrlə yanaşı, Azərbaycanın elm və təhsil şəbəkələrinin biznes modelləri təqdim olunub, qarşılıqlı müqayisə və təhlillər aparılıb. Müzakirələr nəticəsində elm və təhsil şəbəkələrində müşahidə edilən bir çox ortaq problemlərin həlli yolları ilə bağlı təkliflər irəli sürülüb.