MƏDƏNİYYƏT


Berlində Firəngiz Əlizadənin yubiley konserti olub VİDEO

Bakı, 7 dekabr, AZƏRTAC

Azərbaycanın Almaniyadakı səfirliyi Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin 75 illik yubileyi münasibətilə konsert təşkil edib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Firəngiz Əlizadənin yaradıcılığına həsr olunmuş filmə baxıblar.

Tədbirdə Firəngiz Əlizadənin həyat və yaradıcılığından söhbət açılıb. Qeyd edilib ki, gənc yaşlarından musiqi əsərlərinin müəllifi olan bəstəkar beynəlxalq səviyyədə uğurlara imza atıb. Onun əsərləri dünyanın bir çox tanınmış musiqiçiləri və orkestrləri tərəfindən ifa olunur. F.Əlizadə Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdə pedaqoji fəaliyyətlə məşğul olur və böyük sayda musiqiçilərin yetişməsində onun əməyi var.

Sonra Azərbaycan Bəstəkarlar İttifaqının musiqi kollektivinin ifasında Firəngiz Əlizadənin əsərlərindən ibarət konsert təqdim olunub. Bəstəkarın “Rəqs”, “Dastan”, “İmpuls”, “Aşk havası”, “Muğamsayağı” və digər əsərləri böyük maraqla dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.